Son DƏQIQƏ: Gəmidə PARTLAYIŞ - FOTO

OXUNUB: 818 DÜNYA
Yəməndə Türkiyəyə məxsus gəmiyə raket hücumu olub.

İcmal.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Reuters” xəbər agentliyi yayıb.

Yəmənə buğda daşıyan "İnce İnebolu” adlı Türkiyəyə məxsus gəmidə partlayış olub. Raket hücumu olduğu iddia edilən böyük partlayış nəticəsində gəminin gövdəsində dəlik yaranıb. 

Xəbərə görə partlayış husilərin nəzarətində olan "Səlif” limanında baş verib. 

Daha sonra gəmi kapitanının həyəcan siqnalı ilə Səudiyyə Ərəbistanına məxsus olan xilasetmə komandası əraziyə cəlb olunub. 

Səudiyyə Ərəbistanına məxsus təhlüksizlik xidməti tərəfindən aparılan araşdırmaya görə partlayış gəminin içində baş verib. 

Qeyd edək ki, partlayış baş verən gəmi 50 min ton rus buğdası daşıyırdı. Ehtimallardan biri budur ki, partlayışa səbəb raket hücumu olub. Digər ehtimal isə bundan ibarətdir ki, havanın çox isti olması gəminin bəzi hissələrinin qızmasına səbəb olub, nəticədə bu hadisə baş verib.
Türkiyəyə məxsus gəmidə PARTLAYIŞ - FOTO
Türkiyəyə məxsus gəmidə PARTLAYIŞ - FOTO

 

İcmal.Az

RƏYLƏR