Son dəqiqə: İstanbulda silahlı qarşıdurma – Ölən və çoxlu sayda yaralılar var , hadisə yerinə zirehli texnika cəlb edilib (Video,Foto)

OXUNUB: 1281 DÜNYA

İstanbul Güngörən rayonunda iki qrup arasında çıxan silahlı qarşıdurmada 8 nəfər yaralanıb, 1 nəfərin öldüyü bildirilir.

Menderes küçəsinə bir avtomobil ilə gələn qrup, aralarında ədavət olduğu iddia edilən başqa bir qrupun üzərinə odlu silahlarla atəş açıb. Qrupun silahlarla qarşılıq verməsindən sonra, qarşıdurmanın ardından təcavüzkarlar avtomobillə hadisə yerindən qaçıb.

Hadisə yerinə çox sayda polis və tibb briqada cəlb edilib. Qarşıdurmada yaralanan 5 nəfər tibbi maşınlarla ətrafdakı xəstəxanalara aparılıb.

Atışmadan sonra, hadisə yerinin ətrafından çoxlu  sayda patronlar götürülüb.

Təcavüzə məruz qalan qrup ilə polis dəstələri arasında mübahisə baş verməsi səbəbindən  Özəl Hərəkat polisləri də zirehli texnika ilə hadisə yerinə gəlib./avropa.info

 İcmal.Az

RƏYLƏR