SON DƏQİQƏ: Nazirin beyninə qan sızdı, öldü

OXUNUB: 1012 DÜNYA
Türkiyənin sabiq İctimai işlər naziri Cevat Ayhan vəfat edib.

BNEWS.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2010-cu ildə beyninə qan sızması nəticəsində yatağa düşən nazir mayın 8-də 80 yaşında Ankaradakı Bayındır xəstəxanasında dünyasını dəyişib.
 
Qeyd edək ki, bu gün C.Ayhanın nəşi Ankara şəhərində Türkiyənin böyük tarixi ibadət evlərindən biri olan Hacı Bayram Məscidində qılınacaq ikindi və cənazə namazının ardından Sakaryaya aparılacaq.
 
Çərşənbə günü Adapazarı Orhan Məscidində qılınan cənazə namazından sonra, Akyazı mahalına bağlı Çıldırlar Mahalləsindəki məzarlıqda torpağa tapşırılacaq.
 
Xatırladaq ki, 1938-ci ildə doğulan Cevat Ayhan "İstanbul Teknik Üniversitesi" məzunudur. Əvvəllər deputat olan C.Ayhan Türkiyənin İctimai işlər naziri vəzifəsində çalışıb.
 
İcmal.Az

RƏYLƏR