SON DƏQİQƏ.. Prezident Sarayı vuruldu – 6 ölü, 30 yaralı

OXUNUB: 1136 DÜNYA

Səudiyyə Ərəbistanının başçılq etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sana şəhərində husilərin nəzarəti altında olan prezident sarayına iki hava hücumu həyata keçirib.

Sarayın bir hissəsi dağılıb.

"Anadolu” ölən və yaralananların sayı haqqında dəqiq məlumatın olmadığını bildirib. Rusiyanın "Sputnik” agentliyi isə 6 nəfərin öldüyünü, 30-dan çox insanın yaralandığını xəbər verib.

Qeyd edək ki, İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından Sanaya və ölkənin bəzi bölgələrinə nəzarət edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından etibarən Yəmən hökumətinə dəstək verir və bu ölkədə qiyamçılara qarşı əməliyyatlar həyata keçirir./publika

Ömər

RƏYLƏR