SON DƏQIQƏ: Qoşqulu traktor kanala aşıb, 14 qadın və uşaq ölüb

OXUNUB: 643 DÜNYA

Hindistanın Telanqana ştatında 20-dən çox insanı daşıyan qoşqulu traktor kanala aşıb. Nəticədə 14 qadın və bir uşaq həlak olub.

Bu barədə polisə istinadən NDTV telekanalı məlumat yayıb.

Hadisə ştatın paytaxtı olan Heydərabaddan təqribən 70 km aralıda qeydə alınıb. İlkin məlumata görə, sürücü digər nəqliyyat vasitəsi ilə toqquşmadan yayınan zaman idarəetməni itirib.

Hadisə nəticəsində daha 7 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib./report

 

İcmal.Az

RƏYLƏR