Son DƏQIQƏ: Tibb mərkəzində partlayış olub, ölən və yaralananlar var

OXUNUB: 898 DÜNYA

ABŞ-ın Kaliforniya ştatının Aliso-Vyexo şəhərində tibb mərkəzində partlayış olub.

Bu barədə "NBC" telekanalı yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Bildirilir ki, partlayış tikinti işlərinin getdiyi yerdə baş verib. Partlayışdan sonra yanğın başlayıb.

Təcili xidmətlərin əməkdaşları yaxınlıqdakı uşaq bağçasının heyətini və uşaqları ərazidən təxliyə ediblər. Partlayıcı texnikalar birqadası və Federal Büronun əməkdaşları hadisənin başvermə səbəblərini araşdırır. /report

 

İcmal.Az

RƏYLƏR