SON DƏQİQƏ: zavodda partlayış olub

OXUNUB: 684 DÜNYA

Belçikanın Şatl şəhərində yerləşən metallurgiya zavodunda partlayış olub.

Partlayış zavodun qaz anbarında yanğının baş verməsi nəticəsində baş verib.

Hadisə zamanı zavodda 600 işçi olub. Onlardan ən azı 3 nəfərin yaralandığı xəbər verilir. İşçilər təcili evakuasiya edilib.

 

Təhlükəsizlik məqsədilə yaxınlıqda yerləşən dəmiryolu stansiyasının işçiləri və sərnişinlər də təxliyə edilib.

Artıq alovun söndürüldüyü bildirilir./trend

İcmal.Az

RƏYLƏR