BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni Azər Sadıqov Türkiyədə vəfat edib.
İcmal.Az modern.az-a istinadən xəbər verir ki, mərhumun yaxınlarının verdiyi məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinin 48 yaşlı rəisi Azər Sadıqovun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
Bir müddət əvvəl səhhətində yaranan problemlər səbəbindən Türkiyəyə aparılan A. Sadıqovun əməliyyata daxil olmadan vəfat etdiyi qeyd olunur. Mərhum sabah Bakıda dəfn olunacaq.
Qeyd edək ki, öncədən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışan polkovnik Azər Sadıqov daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Nazirin digər əmri ilə o, DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinə rəis təyin edilmişdi. A. Sadıqov vəfat etdiyi bu günə qədər həmin vəzifədə çalışıb.
Allah rəhmət eləsin!
SON DƏQİQƏ:Abel Məhərrəmovun kürəkəni vəfat etdi
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
09.11.2026, 15:07 / HADİSƏ -
Tikinti zamanı ayağı sınan fəhlə “Avrasiya” MTK-dan şikayətçidir (VİDEO)
08.11.2026, 17:00 / HADİSƏ -
Şəmkirin başçısı ilə qazi arasında gərginlik
08.11.2026, 12:00 / HADİSƏ -
Fərman Quliyevin lombardı 1 milyon manata yaxın borca girib
07.11.2026, 10:27 / HADİSƏ, İQTİSADİYYAT -
Su sistemində Qorxmaz Hüseynovun dövründəki milyonluq korrupsiya: Cinayət işi açıldı
05.11.2026, 22:00 / HADİSƏ, İQTİSADİYYAT -
“Azəriqaz” sahibkarın mülkiyyətini qanunsuz olaraq girov saxlayır - NARAZILIQ VAR...
05.11.2026, 11:36 / HADİSƏ, İQTİSADİYYAT -
Elm və Təhsil Nazirliyində milyardlıq yeyinti: Əmrullayev yola salınır? - DETALLAR
05.11.2026, 11:34 / HADİSƏ





















