Aktyor Şon Pennin də olduğu 25 ABŞ vətəndaşının Rusiyaya girişinin qadağan edildiyini açıqlayan Rusiya Xarici İşlər Nazirliyi "düşməncəsinə hərəkətlərə qarşı müqavimətin davam etdiriləcəyini” bildirib.
7NEWS.az xəbər verir ki, Xarici İşlər Nazirliyi 25 ABŞ vətəndaşının, o cümlədən amerikalı aktyor Şon Pennin Rusiyaya girişinə qadağa qoyulduğunu açıqlayıb. 25 nəfərdən ibarət siyahıda Şon Penn və Benjamin Stiller kimi aktyorlarla yanaşı, ABŞ Konqresinin üzvləri, nazir müavinləri, biznes nümayəndələri və mədəniyyət nümayəndələri də var idi.
7NEWS.az