7NEWS.az xəbər verir ki, sonuncu dəfə istehsal olunan Boeing 747-ni Amerikanın yükdaşıma aviaşirkəti Atlas Air alıb. Ən son inşa edilən Boeing 747 cümə axşamı Atlas Air-ə təhvil verilib. İkonik təyyarənin inşasında iştirak edən işçilər indi bu istehsalı bitirərkən, "Hava Kraliçası" adlandırılan Boeing 747 ilə vidalaşıb. 747-lər ən fərqli təyyarələrdən biridir və istehsalı son 50 ildə davam edir. Geniş gövdəsi ilə "jumbo reaktiv” adlandırılan ilk təyyarə olan 747-lər buna görə də jumbo reaktivlərin başlanğıcı hesab edilir. Çərşənbə axşamı günü minlərlə işçi təyyarə ilə vidalaşmaq üçün Vaşinqton ştatındakı Everett fabrikinə toplaşıb.
7NEWS.az