Soyuqdəymə adı ilə getdi, əl-qolunu kəsdilər - FOTO

OXUNUB: 980 DÜNYA
46 yaşlı üç uşaq atası soyuqdəymə adı ilə həkimə müraciət edib.

ABŞ-da yaşayan Xris Qarlik bu ilin iyul ayından etibarən əlamətləri soyuqdəyməyə bənzəyən xəstəliyə düçar olub. Daha sonra vəziyyəti ağırlaşan kişi təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılaraq, reanimasiyaya yerləşdirilib.

Xəstəxanada ona sepsis (qanda infeksiya) diaqnozu qoyublar. Çox keçmədən onun qaraciyəri də öz funksiyasını itirib. Nəticədə, həkimlər onun qollarını və ayaqlarını amputasiya etmək məcburiyyətində qalıblar./yenicag.az
 
 Soyuqdəymə adı ilə getdi, əl-qolunu kəsdilər - FOTO


İcmal.Az

RƏYLƏR