SpaceX Beynəlxalq Kosmik Stansiyaya 4 astronavt göndərib

OXUNUB: 447 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Amerikalı sahibkar və milyarder iş adamı İlon Maska məxsus kosmik nəqliyyat şirkəti SpaceX, Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Crew-6 missiyası çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya (BKS) 4 astronavt göndərib. NASA astronavtları Stiven Bouen və Uorren Hoburq, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) astronavtı Sultan Alneyadi və Rusiya Federal Kosmos Agentliyinin (Roskosmos) kosmonavtı Andrey Fedyayevi daşıyan Dragon kapsulu yerli vaxtla saat 12:34-də Falcon-9 raketi ilə buraxılıb. 

7NEWS.az

RƏYLƏR