7NEWS.az xəbər verir ki, ABŞ-lı iş adamı İlon Maska məxsus kosmik nəqliyyat şirkəti SpaceX, Londonda yerləşən rabitə firması OneWeb-ə məxsus daha 40 internet peykini orbitə göndərib. Peykləri daşıyan Falcon-9 raketi yerli vaxtla saat 23:50-də Floridadakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından uğurla buraxılıb. Orbitə göndərilən yeni peyklər sayəsində OneWeb-in internet xidməti təqdim etmə qabiliyyətinin artacağı öyrənilib. Bundan əlavə, son missiya SpaceX-in Ukrayna müharibəsindən əvvəl Rusiyadan Kosmik daşıma xidməti alan OneWeb üçün ikinci buraxılışı kimi qeydə alınıb. SpaceX ötən il dekabrın 9-da OneWeb-ə aid daha 40 internet peykini orbitə göndərdi.
7NEWS.az