7NEWS.az xəbər verir ki, Amerika kosmik gəmisi və raket istehsalçısı SpaceX, ABŞ Aerokosmik Agentliyinin (NASA) missiyası üçün dörd astronavtı Beynəlxalq Kosmik Stansiyaya daşıyacaq raket buraxılış cəhdini texniki nasazlıq səbəbindən təxirə salıb.
SpaceX rəsmilərinin verdiyi açıqlamaya görə, Kennedi Kosmik Mərkəzindən həyata keçirilməsi planlaşdırılan raketin buraxılış cəhdi onun mühərrikinin alışma sistemində yaranan nasazlıq səbəbindən buraxılışına 2 dəqiqə qalmış dayandırılıb.
Səlahiyyətlilər problemin mühərrikin alışma mayesini doldurmaq üçün istifadə edilən yerüstü avadanlıqla bağlı olduğunu düşünür.
7NEWS.az