7NEWS.az xəbər verir ki, Şri-Lanka tarixin ən pis iqtisadi böhranı ilə mübarizə apararkən, ölkə ərzaq, yanacaq və dərman çatışmazlığı ilə üzləşir. Şri-Lankalılar prezident Qotabaya Rajapaksanın ölkədəki iqtisadi böhranı idarə edə bilməyəcəyini əsas gətirərək istefaya getməsini istəyir. Şri-Lankalı etirazçılar bu gün prezident Rajapaksa etiraz etmək üçün prezident binasının qarşısına toplaşıb, prezident aparatının girişlərini bağlayıb və hökumətə etiraz ediblər. Polis nümayiş zamanı bir Buddist rahib və 4 qadın olmaqla 21 nəfəri saxlayıb.
7NEWS.az