Şri-Lankada timsah jurnalisti parçaladı

OXUNUB: 745 DÜNYA

Şri-Lanka cəngəlliklərində "Financial Times”ın jurnalisti Pol Makkleynin axtarışları gedir.

İcmal.Az Report-a istinadla xəbər verir ki, insident Timsah dağı körfəzi ərazisində baş verib. İlkin məlumatlara görə, Amerika nəşrinin sörfinqlə ciddi maraqlanan müxbiri əllərini yumaq üçün tualetə gedən zaman itkin düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, onu timsah aparıb. Onlar müxbirin kömək çağırdığını eşidiblər.

Jurnalistin tanışları və xilasedicilər timsahın Makkleynin cəsədini göldə gizlətdiyini və onu xilas etməyin mümkün olmayacağını düşünürlər.

İcmal.Az

RƏYLƏR