Stadionun yaxınlığında 5 cəsəd tapıldı

OXUNUB: 520 DÜNYA

Meksikanın Kankun kurort şəhərində qaçırılmış avtomobilin salonunda 5 nəfərin meyiti tapılıb.

İcmal.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, qorxunc tapıntı barədə polisə naməlum şəxs tərəfindən telefonla məlumat verilib. Qaçırılmış maşın stadiona yaxın ərazidə tapılıb.

Cəsədlərin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Hadisənin cinayətkar dəstələr arasındakı münaqişə zəminində törədildiyi ehtimal olunur.

 

İcmal.Az

RƏYLƏR