Stallonenin 54 yaşlı sabiq arvadı hamilədir - FOTO

OXUNUB: 901 MARAQLI

Məşhur amerikalı aktyor Silvestr Stallonenin sabiq həyat yoldaşı, 54 yaşlı aktrisa Bricit Nilsen hamilədir.

İcmal.Az ABC-yə istinadən bildirir ki, "Red Sonja" filminin qəhrəmanı bu barədə İnstagram profilində məlumat yayıb. O, fotolarını paylaşıb və "Hamiləyəm!" yazıb.

Hamiləliyin 8-ci ayında olan 54 yaşlı B.Nilsen 39 yaşlı italyan teleprodüser Mattia Dessi ilə ailə qurub. Onların toyu 2006-cı ildə olmuşöu. Aktrisanın əvvəlki nikahlardan 4 oğlu (34 yaşlı Culian, 28 yaşlı Killian, 25 yaşlı Duqlas və 23 yaşlı Raul) var.

"Qızımın dünyaya gələcəyinə ümid edirəm. O, Mattianın ilk övladı olacaq", - Bricit Nilsen yazıb.

 

Bir çox həmkarından fərqli olaraq, danimarkalı aktrisa surroqat ananın xidmətlərindən istifadə etməyib. Onun süni mayalanma prosedurundan yararlandığı da istisna olunmur.

Mattia Dessi aktrisanın 6-cı əridir. B.Nilsen əvvəllər danimarkalı musiqiçi Kasper Vindinq, aktyor Silvestr Stallone, amerikalı futbolçu Mark Qastino, fotoqraf və rejissor Sebastyan Kopland, isveçrəli avtoralliçi Raul Mayerlə nikahda olub.

İcmal.Az

Stallonenin 54 yaşlı sabiq arvadı hamilədir - FOTO

Stallonenin 54 yaşlı sabiq arvadı hamilədir - FOTO

Stallonenin 54 yaşlı sabiq arvadı hamilədir - FOTO

Stallonenin 54 yaşlı sabiq arvadı hamilədir - FOTO

RƏYLƏR