Stoltenberqin vəzifə müddəti bir il daha uzadılıb

OXUNUB: 184 Özəl DÜNYA
NATO-nun baş katibi Yens Stoltenberqin mandatının dördüncü dəfə daha bir il uzadılmasına qərar verilib.

7NEWS.az xəbər verir ki, NATO-nun verdiyi açıqlamada müttəfiq ölkələrin Stoltenberqin sentyabrın 30-da başa çatacaq mandatının uzadılması ilə bağlı razılığa gəldiyi bildirilib.

Bildirilib ki, qərar iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində dövlət və hökumət başçıları tərəfindən təsdiqlənəcək. Bu qərarla Stoltenberq 2024-cü il oktyabrın 1-dək NATO-nun baş katibi vəzifəsini davam etdirəcək.

7NEWS.az

RƏYLƏR