Su bəndi uçdu: 48 ölü, çoxlu yaralı

OXUNUB: 617 DÜNYA

Keniyanın Subukia şəhərində su bəndi uçub.

İcmal.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə zamanı 48 nəfər ölüb, daha 38 nəfər xəsarət alıb. Yerli nəşr "Standard" yaşayış evlərinin, məktəblərin və müəssisələrin zərər çəkdiyini qeyd edib. Xeyli insanın itkin düşdüyü bildirilir. Hökumət fəlakət nəticəsində evsizlərə müvəqqəti sığınacaq tapmağa yardım göstərir və onları qida ilə təmin edir.

Qeyd edək ki, Keniyanın bu bölgəsində bir neçə gündür yağış yağır. Yerli KİV-in məlumatına görə, bəndin aşması, sonrakı daşqınlar və dağıntılardan 2500 nəfər zərər çəkə bilər.

Hazırda insanlar hadisə yerindən təxliyyə edilir.

 

İcmal.Az

RƏYLƏR