Sudan ordusu atəşkəsi 72 saat uzatmağa razılaşıb

OXUNUB: 189 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Aprelin 15-dən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurmalar davam edir. Hərbçilər Səudiyyə Ərəbistanı və ABŞ-ın səyləri ilə hazırkı atəşkəsin bitdiyi tarixdən etibarən qüvvəyə minən daha 72 saat uzadılmasına qərar verdiyini açıqlayıb. RSF hələlik atəşkəslə bağlı açıqlama verməyib. Aprelin 25-i gecə yarısından etibarən ABŞ-ın vasitəçiliyi ilə Sudanda tərəflər arasında 72 saatlıq atəşkəs elan edilib.

7NEWS.az

RƏYLƏR