Sui-qəsdlər olacaq və seçki... - Türkiyəni alt-üst edəcək SSENARİ

OXUNUB: 612 DÜNYA
Türkiyədə 24 iyun seçkilərindən öncə sui-qəsdlər olacaq və seçkilər təxirə düşəcək.

Bu iddia ilə türkiyəli yazar Sabahattin Önkibar çıxış edib.

Seçki öncəsi vəziyyəti şərh edən yazar bir sıra suallar irəli sürüb.

1. Seçki ərəfəsində Meral Akşenar, Müharrem İnce, yaxud Dövlət Baxçalıya sui-qəsd edilərsə, yaxud mitinqlərdən birinə bomba atlarsa nələ olar?

2. Baxçalıya qarşı sui-qəsdin arxasında PKK-nın dayandığı məlum olarsa, Türkiyə alt-üst olmazmı?

3. Seçki günü cənub-şərqdə təxribatlar olarsa və bu küçələrə təsir edərsə, nələr olar?

Böyük ehtimalla Yüksək Seçki Komissiyası seçkiyə getmədən, yaxud səsləri saymadan seçkini təxirə salacaq.

Türkiyəli yazar bu ehtimalların baş verməməsi üçün dövlətin bütün liderləri qorumağının vacibliyini vurğulayıb./publika

İcmal.Az

RƏYLƏR