Sumqayıtda ana doğuşdan sonra dünyasını dəyişdi

OXUNUB: 1010 Səhiyyə HADİSƏ

Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib.

İcmal.Az Report-a istinadla xəbər verir ki, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

 

İcmal.Az

RƏYLƏR