Sumqayıtda ata içkili oğlunu bıçaqladı - VİDEO

OXUNUB: 789 HADİSƏ
Sumqayıtda ata oğlunu bıçaqlayıb.

Hadisə şəhər restoranlarından birində qeydə alınıb.

22 yaşlı Cabir Əlimərdanov əmisi oğlunun ali məktəbə qəbul olunması münasibətilə təşkil edilən mərasimdə iştirak edərkən atası onu bıçaqlayıb. Yaralı taksi ilə Bakıda yerləşən evinə yollansa da, vəziyyəti ağır olduğu üçün 1 saylı şəhər xəstəxansına gəlib. Əməliyyat olunan Cabirin vəziyyət orta-ağır kimi qiymətləndirilir.

Restoranın inzibatçısı isə hadisənin kənar ərazidə baş verdiyini bildirib. Cabir Əlimərdanov bıçaqlanan zaman içkili olub. O, atası ilə birgə yaşamır. İnsidentin hansı səbəbdən baş verdiyi dəqiq bilinmir.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırmalar aparılır, hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir./ARB 24

 

İcmal.Az

RƏYLƏR