Sumqayıtda avtobus qəzaya düşdü: 7 yaralı

OXUNUB: 729 HADİSƏ

Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub.

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. "Hyundai" markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla "Combi" markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR