Sumqayıtda boru partladı - Yaşayış binasını su basdı

OXUNUB: 508 SOSİAL

Sumqayıtda su borusunun partlaması nəticəsində yaşayış binasını su basıb.

Hadisə 13-cü mikrorayon ərazisində, 5 saylı binada baş verib.

Belə ki, "Azərsu" ASC-nin Sumqayıt Su Kanal İdarəsinə məxsus su borusu sıradan çıxıb. Nəticədə binanın bir neçə mənzilinə su dolub. Bu səbəbdən də sakinlər həyətə çıxmağa məcbur olublar.

Hadisə yerinə müvafiq qurumların nümayəndələri cəlb ediliblər. Aidiyyatı orqanlarının əməkdaşları yüksək təzyiqli suyun qarşısını almağa çalışıblar.

Sakinlər bildiriblər ki, borunun partlaması nəticəsində mənzillərin əksəriyyətinə ciddi ziyan dəyib.

Hazırda qəzanın aradan qaldırılması işi həyata keçirilir. /report

 

İcmal.Az

RƏYLƏR