Sumqayıtda məcburi köçkünlərin yaşadığı yataqxanada uçqun olub

OXUNUB: 516 SOSİAL

Sumqayıt şəhərində məcburi köçkünlərin yaşadığı yataqxanada uçqun olub.

Hadisə şəhərin 22-ci məhəlləsində 2 saylı yataqxanada baş verib.

Yataqxanada 80-dən çox ailənin üzvü yaşayır. Uçqun 25 ailənin istifadə etdiyi mətbəxtdə baş verib. Hadisə zamanı mətbəxtdə bir neçə nəfər olub. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı aidiyyatı qrumlar məlumatlandırılıb./report

 

İcmal.Az

 


RƏYLƏR