Sumqayıtda oğul atasını bıçaqladı

OXUNUB: 602 HADİSƏ

Sumqayıtda oğul atasını bıçaqlayıb.

İcmal.Az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən şadlıq evində qeydə alınıb.

 Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Romans” şadlıq evində şənlik zamanı 1961-ci il təvəllüdlü Əlmərdanov Cabir Telman oğlu övladı tərəfindən bıçaqlanıb. O, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

Həkimlər C.Əlmərdanovun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR