Supermarketdən qadın cəsədi tapılıb.
Cəsəd 29 yaşlı qadın Katerinə aiddir. Onun cəsədi supermarketin tualetindən tapılıb. Cəsədin 3 gündür orada olduğu məlum olub.
Amerikanın Oklahoma ştatında 29 yaşlı qadın ötən həftənin cümə günü saat 6-da Sand Springs Walmart-a gedib və bir daha geri qayıtmayıb.
Tulsa World-un verdiyi məlumata görə, qadın tualetə gedib və orada ölüb. Tualetə gələn işçilərdən biri qapının açılmadığını görüb və qapının xarab olduğunu düşünərək qapıya "təmirdədir" yazısı vuraraq çıxıb gedib.
3 gün sonra gələn ustalar qapını açanda şoka düşüblər. Belə ki, onlar Katerinin cəsədi ilə qarşılaşıblar.
Məsələ ilə bağlı polisə müraciət edilib. Qadının necə ölməsi ilə bağlı araşdırma aparılır./milli

























