Xocalı soyqırımı zamanı qətlə yetirilən 613 Xocalı sakininin xatirəsini yad etmək məqsədilə fevralın 26-da Heydər Əliyev Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonunda 613 ağac əkilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, müavinlərin, RİHBA-nın şöbə müdirlərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, rayonun idarə və müəssisələrinin kollektivlərinin, həmçinin, Xocalı şəhərindən məcburi köçkün düşərək Suraxanı rayonunda məskunlaşmış sakinlərin, Vətən müharibəsi iştirakçılarının və həlak olmuş şəhidlərin ailə üzvlərinin, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən ağacəkmə aksiyası rayonun Əmircan qəsəbəsi, Balandin küçəsində yol kənarında və Park küçəsində abadlaşdırılmış yeni parkın ərazisində, Qaraçuxur qəsəbəsi, Neftçilər parkında təşkil olunmuşdur.
İşğal altında olan torpaqlarımızın azad edilməsi, Xocalı faciəsinin qisasını düşməndən almaq arzusu ilə alışıb yanan və bu amalı uğrunda Zəfərli Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq Şəhidlik zirvəsinə ucalmış Ceyhun Mustafazadənin atası, Xocalıdan məcburi köçkün Şükür Mustafayev də ağacəkmə aksiyasında iştirak etmişdir. Əminik ki, təkcə Şükür Mustafayevin deyil, hamımızın övladı hesab etdiyimiz Şəhidimiz Ceyhun Mustafazadənin ruhu bu gün şaddır. Çünki Ceyhun kimi ərənlərin mərdliyi ilə Ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi nəticəsində 44 günlük Vətən müharibəsində Xocalının, Xocalı qurbanlarının qisası alınmışdır.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Regionlarda qadınların məşğulluq imkanları yüksəldiləcək
03.05.2024, 12:52 / Özəl, QHT, SOSİAL -
“YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilən şəhidimizin atası Vətənə qayıdıb
02.05.2024, 11:29 / Özəl, SOSİAL -
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01.05.2024, 17:45 / Özəl, SOSİAL -
Naxçıvan Dövlət Universitetinin tələbələri üçün QHT fəaliyyətinin əsaslarına dair mühazirə oxunub
01.05.2024, 17:41 / Özəl, QHT, SOSİAL -
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
01.05.2024, 11:02 / Özəl, SOSİAL -
30 aprel tarixində Bakıda Hyatt Regency otelində Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi
01.05.2024, 11:01 / Özəl, SOSİAL -
Dövlət Xidməti və Agentlik razılaşma imzaladı
30.04.2024, 12:37 / Özəl, SOSİAL