Suriya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı

OXUNUB: 619 DÜNYA

Suriya tanınmamış Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. 

İcmal.Az bununla bağlı "RİA Novosti” agentliyinə istinadla xəbər verir. 

Tərəflər "qarşılıqlı tanıma və səfirlik səviyyəsində diplomatik əlaqələrin qurulması” ilə bağlı açıqlama veriblər. 

Onlar bu məsələdə18 aprel 1961-ci ildəki diplomatik əlaqələr və 23 aprel 1963-cü ildə konsulluq əlaqələri ilə bağlı Vyana konvensiyalarına müraciət ediblər. 

Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu və Tuvali kimi ölkələr tanıyıb. 

İcmal.Az

RƏYLƏR