Suriya sərhədində terror — Livan hərbçiləri xəsarət aldı

OXUNUB: 751 DÜNYA
Suriya sərhədində terror aktı törədilib.

Kamikadze terrorçuların hücumu nəticəsində 7 nəfər livanlı hərbçi xəsarət alıb. İnsident Suriya ilə sərhəd məntəqəsində baş verib.

Terrorçular səhər saatlarında hücuma keçiblər. Hücum vaxtı hərbçilər Arsal şəhərinin rayonundakı suriyalı qaçqın düşərgələrində əməliyyat həyata keçirirmişlər. 5 nəfər kamikadze terrorçu hərbçilərin yanında üzərindəki bombanı işə salıb.

Altıncı terrorçu isə livanlı hərbçilərə əl qumbarası atıb./olke.az
 
İcmal.Az

RƏYLƏR