ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın İŞİD-in nəzarəti altında olan Rakkaya endirdiyi zərbə nəticəsində 11 dinc sakin həlak olub.
İcmal.Az Report-a istinadən xəbər verir ki, bu barədə Suriyanın hüquq müdafiəçiləri məlumat veriblər.
Hüquq müdafiəçilərinin məlumatına görə, koalisiya zərbəni səhər saatlarında endirib.
BMT-nin Suriyada humanitar vəziyyət üzrə müşaviri Yan Eqeland öz bəyanatında 20 mindən çox dinc sakinin təxliyyə edilməsi üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı Rakka ərazisinin bombardmanını dayandırmağa çağırıb.
BMT-nin Beynəlxalq Müstəqil Təhqiqat Komissiyası da öz növbəsində ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın bombardmanları nəticəsində dinc sakinlərin həlak olmasından narahatlığını ifadə edib.
İcmal.Az

























