7NEWS.az xəbər verir ki, Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazaya raket zərbəsi endirilib. ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) edilən yazılı açıqlamada Suriyanın şərqində koalisiya qüvvələrinin yerləşdiyi Konoko Missiyaya Dəstək Bölgəsinə edilən hücumda can və mal itkisinin olmadığı bildirilib. Açıqlamada terror təşkilatı YPG/PKK-nın Suriya Demokratik Qüvvələri (SDG) adından istifadə edərək raketlərin atıldığı bölgəyə keçdiyi və atılmayan üçüncü raketi ələ keçirdikləri bildirilib. CENTCOM-un sözçüsü polkovnik Co Buccino verdiyi açıqlamada, "Bu cür hücumlar koalisiya qüvvələrini və mülki əhalini risk altında qoyur. Onlar Suriyanın və bölgənin çətin qazanılmış sabitliyini və təhlükəsizliyini pozur" deyib.
7NEWS.az