Suriyada “Cəbhət ən-Nüsrə”yə qarşı irimiqyaslı əməliyyat

OXUNUB: 655 DÜNYA

Suriyanın İdlib vilayətinin şərqində Suriya hökumət qüvvələri və könüllü döyüşçülərdən ibarət birləşmələr "Cəbhət ən-Nüsrə” qruplaşmasının terrorçularına qarşı əməliyyata başlayıb.

 Bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat  yayıb.

Mühasirədə olan dəstənin 1500-dən çox yaraqlıdan ibarət olduğu bildirilir. Məlumata əsasən,  yaraqlılar ağır silahlar, o cümlədən tanklar, zirehli döyüş maşınları, səhra artilleriya silahları və minaatalanlarla silahlanıb.

Qeyd edək ki, İdlib vilayətində ekstremistlərə qarşı irimiqyaslı əməliyyat yanvarın əvvəlindən etibarən başlayıb. Son bir neçə gün ərzində general Həsən Suhelin komandanlığı altında Suriya hərbi birləşmələri son iki ili terrorçuların nəzarətində olmuş "Əbu-Zühur” aerodromundan altı kilometr şimala qədər irəliləyib. Bəşər Əsədə sadiq qüvvələrin 24-ə yaxın yaşayış məntəqəsini azad etdiyi bildirilir.

Əbu-Zühurdan "Cəbhət ən-Nüsrə”nin əsas istinadgahı olan İdbil şəhərinə 40 km-dən az məsafə qalıb./oxu

İcmal.Az

RƏYLƏR