Suriyada dövlət qurumlarında həftəlik iş vaxtı 4 günə endi

OXUNUB: 342 Özəl DÜNYA
Suriya hökuməti ABŞ-ın sanksiyalarından sonra ölkədə yaranan yanacaq çatışmazlığı səbəbindən dövlət qurumlarında həftəlik iş vaxtını 4 günə endirmək qərarına gəlib.

7NEWS.az xəbər verir ki, Suriya hökuməti sanksiyaların yaratdığı yanacaq çatışmazlığı və yerli valyutanın ucuzlaşması səbəbindən dövlət qurumlarında həftəlik iş vaxtının 4 günə endirilməsinin həyata keçirildiyini açıqlayıb. Qərara uyğun olaraq bir çox universitetdə kurslar ləğv edilib. Hökumət qanunsuz olaraq benzin, dizel və mazut satan, neft məhsulları ehtiyatı saxlayan çoxlu sayda iş adamının saxlanıldığını bildirib.

Digər tərəfdən, Suriyanın Daxili Ticarət və İstehlakçıların Müdafiəsi naziri Əmr Nazir Salem, səlahiyyətlilərin yanacaq qıtlığı səbəbindən çörək və xəstəxanaların bağlanmasının qarşısını alacağını vurğuladı.

7NEWS.az

RƏYLƏR