7NEWS.az xəbər verir ki, Suriyada böyük dağıntılara səbəb olan zəlzələlərdə ən çox insan itkisinin yaşandığı bölgə Afrinin müxalifətin nəzarətində olan Cinderes qəsəbəsi olub. Ağ Dəbilqəlilərin verdiyi açıqlamaya görə, Cinderesdə 513 nəfər həyatını itirib, 831 nəfər isə yaralanıb. Cinderesdə dağıntılar altında qalanların xilas edilməsi üçün mübarizə davam edərkən dağılmış binaların ətrafında çadırlar qurulub.
7NEWS.az