"Su-25” hərbi təyyarəsinin həlak olmuş pilotu Roman Filipovun son sözləri yayılıb.
İcmal.Az terrorçuların fəaliyyətinin monitorinqini aparan "Directorate 4” "Telegram” kanalına istinadən xəbər verir ki, yaraqlılara qarşı döyüşən pilot "alın, bu da sizə uşaqların payı” (Eto vam za paçanov) deyərək özünü partladıb.
Xatırladaq ki, şənbə günü Suriyanın İdlib şəhəri yaxınlığında Rusiyaya məxsus olan "Su-25” hərbi təyyarəsi vurulub. Təyyarənin vurulmasından sonra yerə paraşütlə enən pilot "Nüsrə cəbhəsi” terror qruplaşmasının yaraqlıları ilə sonadək döyüşüb.
O, terrorçulara əsir düşməmək üçün özünü partladıb. Vurulmuş "Su-25” hərbi təyyarəsinin həlak olmuş pilotu Roman Filipova yüksək dövlət mükafatı veriləcək.
İcmal.Az

























