Bu gün Suriyanın İdlib şəhərində güclü partlayış törədilib.
Hadisənin videosu terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan "Directorate 4” Teleqram-kanalında dərc edilib.
Kanalın mənbələri bildiriblər ki, şəhərdə "Hayat Tahrir aş-Şam” qruplaşmasının ("Ən-Nüsra” Cəbhəsinin əsasında yaradılıb) döyüşçüləri fəaliyyət göstərirlər. Məlumata görə, onlar əsasən Şimali Qafqazdan gəlmə döyüşçülərin yer aldığı "Ajnad Qafqaz” qruplaşmasının qərargahının yaxınlığında minalanmış avtomobil yerləşdiriblər.
Zərərçəkənlərin sayı haqqında rəsmi məlumat yoxdur. Bəzi məlumatlara görə, 20 nəfər ölüb, 30-dan çoxu yaralanıb. Başqa mənbələr isə ümumilikdə 120-dən çox insanın öldüyünü və yaralandığını bildiriblər.
Qeyd edək ki, İdlib əyalətinin əksər hissəsi hazırda "Ən-Nüsra” Cəbhəsinin nəzarətindədir. Qruplaşma Astana atəşkəs anlaşmasını qəbul etməyib və onlara qarşı mübarizə davam edir./publika
İcmal.Az

























