Suriyalı miqrant Almaniyada bələdiyə seçkilərində qalib gəlib

OXUNUB: 191 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, 2015-ci ildə Almaniyaya qaçqın kimi gələn 29 yaşlı suriyalı Ryyan Alshebl Ştutqard yaxınlığındakı Ostelsheim qəsəbəsində keçirilən seçkilərdə qalib gələrək bələdiyyə sədri olub. 

Almaniyanın Yaşıllar Partiyasının üzvü olan 29 yaşlı suriyalı Baden-Vürtemberq əyalətinin təxminən 2500 əhalisi olan kiçik bir bələdiyyə olan Ostelsheimdə bazar günü keçirilən mer seçkilərində qalib gəlib. 

1994-cü ildə Suriyanın cənub-qərbindəki As Suveyda qəsəbəsində anadan olan və bakalavr təhsilinə bankçılıq sahəsində başlayan Alshebl, müharibənin başlaması ilə əlaqədar təhsilini yarıda qoyub Almaniyaya getdi və orada təhsilini davam etdirdi. 

7NEWS.az

RƏYLƏR