Suriyanın ordusu Deyr-əz-Zor şəhərinin 2 rayonunu İŞİD-dən azad etdi

OXUNUB: 976 DÜNYA

Suriyanın hökumət qoşunları və müttəfiq qüvvələri Deyr-əz-Zor şəhərinin cənub-şərqində "İslam dövləti” terror qruplaşmasının yaraqlıları tərəfindən nəzarət edilən Mariiya və Xuveycat rayonlarını azad ediblər.

İcmal.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda şəhərin azad olunması qərargahından xəbər verilir.

Məlumata görə, terrorçular Mayədin şəhəri tərəfə qaçıb, digər hissəsi isə Fərat keçərək Deyr-əz-Zor şəhərinin şimal hissəsində gizlənib.

 

İcmal.Az

RƏYLƏR