Söyüşə görə adam öldürdü - 19 il iş istənildi

OXUNUB: 557 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin xalası oğlunu öldürməkdə təqsirləndirilən İbrahim Sadıqova cəza istənilib.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək İ.Sadıqovun 19 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.

Qeyd edək ki, ötən iclasların birində İ.Sadıqov ifadə verərək İslam Hüseynovu söyüşə görə öldürdüyünü deyib: "Mən telefonla danışanda ona zarafatla dedim ki, xalan qızını anası ilə birlikdə qaçıracağam. Buna görə mübahisəmiz düşdü. Telefonda danışanda dedi ki, sənin bağırsaqlarını tökəcəm, doğrayacam səni. Belə dediyi üçün özümlə bıçaq götürdüm. Mənə var-yox, namus və qeyrət söyüşləri söydü. Məni vurmaq istəyəndə onu vurdum"./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR