Taekvondo Federasiyasına məşqlərə başlamağa icazə verilmədi

OXUNUB: 2188 İDMAN

"Məşqlərə başlamağımıza icazə verilmədi”.

Bunu İcmal.az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev bildirib.

Taekvondo üzrə sabiq dünya və ikiqat Avropa çempionumuz Abşeron Olimpiya İdman Kompleksinə məşqlərə başlamaq istədiklərini, lakin dövlət tərəfindən buna razılıq ala bilmədiklərini söyləyib: 

"Ümumdünya Taekvondo Federasiyası iyunun 30-dək bütün yarışları ya təxirə salıb, ya da ləğv edib. Olimpiya Oyunlarına lisenziya yarışının da bu il və ya gələn il keçiriləcəyi hələ bilinmir.

Bununla bağlı dəqiq məlumat yoxdur. Həm də biz planlaşdırırdıq ki, mayın 4-dən sonra karantin ləğv olunacaq və idman zalları açılacaq. Amma bununla bağlı qərar verilmədi. Daha sonra xüsusi icazə də ala bilmədik”.

13 gün əvvəl 40 yaşını qeyd etmiş Niyaməddin Paşayev legioner idmançılarımızın hazırda harada olmalarını da açıqlayıb:

"İdmançılarımızdan Radik İsayev və Həşim Məhəmmədov öz evlərində - Dağıstandadır. Amma Milad Beiqi və Patimat Abakarova Bakıdadır. Patimatın Bakıda da evi olduğu üçün Dağıstana getməyib”.

RƏYLƏR