Tailandda neft tankerində partlayış olub: 1 ÖLÜ VAR

OXUNUB: 196 Özəl DÜNYA
Tailandın paytaxtı Banqkok yaxınlığında Mae Klonq çayında lövbər salmış neft tankerində baş verən partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. İtkin düşən 4 ekipaj üzvü üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb. 

7NEWS.az xəbər verir ki, Taylandın Samut Sonqxram əyalətindəki Mae Klonq çayında lövbər salan tankerdə yerli vaxtla saat 09:30 radələrində şiddətli partlayış baş verib. Neftlə yükləndiyi öyrənilən tankerin partlaması ətraf ərazilərdə də hiss olunub. Tayland Dəniz Administrasiyasının baş direktor müavini Phuriphat Thirakhunphisuth hadisə ilə bağlı açıqlamasında 1 dənizçinin öldüyünü, 4 ekipaj üzvünün itkin düşdüyünü bildirib. İtkin düşən heyətin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb. 

7NEWS.az

RƏYLƏR