7NEWS.az xəbər verir ki, 1,5 il əvvəl Əfqanıstanda nəzarəti ələ keçirən Taliban, ABŞ-ın ölkədən çəkilərkən geridə qoyduğu hərbi bazaların taleyi ilə bağlı planını açıqladı. Təşkilat bazalardan "xüsusi iqtisadi zonalar” kimi istifadə etməyə hazırlaşdığını açıqlayıb.
ABŞ və onun NATO müttəfiqlərinin 2021-ci ilin yayında tamamilə geri çəkildiyi Əfqanıstanda ABŞ hərbi bazalarının gələcəkdə necə istifadə ediləcəyi məsələsi həll olunub.
Təşkilat tərəfindən yaradılan müvəqqəti hökumətdə baş nazir vəzifəsini icra edən Molla Əbdülqəni Baradar iqtisadi özünü təmin etmək səyləri çərçivəsində tərk edilmiş Amerika bazalarını şirkətlərə "xüsusi iqtisadi zonalar” kimi ayırmağa hazırlaşdıqlarını bildirib.
7NEWS.az