7NEWS.az xəbər verir ki, Talibanın Əfqanıstanda qadınlara qarşı təzyiqləri və təqibləri günü-gündən artır. Ölkədə qadınların universitetə getməsi və işləməsi qadağan edilib və Türkiyə başda olmaqla bir çox ölkə bu qərara reaksiya verib. Bununla belə, təzyiqlər və qadağalar bitmir. Məhdud sayda qadınların azadlıqları da təhlükə altındadır. Nəhayət, Taliban da ölkədə qadınların kişi həkimlərə getməsinə qadağa qoyub. Qərara sosial mediada reaksiya verən ölkə daxilində və xaricdəki qadın hüquqları müdafiəçiləri "Qadınların universitetlərdə oxuyub həkim olmasına icazə verilmir. İndi onlara kişi həkimlərin yanına getmək qadağandır. Bu vəziyyətdə qadınlar yalnız ölməlidirlər" deyə üsyan edib.
7NEWS.az