Tanınmış “Avrora” şirkəti vergidən necə yayınır? - İÇKİLƏRİ DƏ SAXTA İMİŞ

OXUNUB: 779 GÜNDƏM İQTİSADİYYAT
Orduya dəstəkdən əvvəl, verginizi ödəyin, cənablar !

Haqqında bəhs edəcəyimiz Avrora şirkəti 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.
Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə - Distributor və İstehsal üzrə davam etdirir.
Şirkətin mərkəzi ofisi Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora şirkəti hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.
Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.
2010-cu ildə "Avrora” şirkəti "Bolmart” adlanan supermarketlər şəbəkəsi yaratmaqla, Azərbaycan ərazisində öz fəaliyyətini genişləndirib. Bu gün təkcə Bakıda şirkətin 7 supermarketi mövcuddur. Eyni zamanda Azərbaycanın 28 şəhərində satış məntəqələri mövcuddur. 2013-cü ildən etibarən "Avrora” firması Gürcüstan Respublikasında öz filialını açıb. Gürcüstanda 2000-dən çox ticarət nöqtəsi ilə əlaqələr qurub və bütün Gürcüstanı əhatə edən ticarət şəbəkəsinin qurulması planlaşdırılır.
Bir sözlə Avrora "imperatorluğu”.
Bura qədər hər şey yaxşı və sevindiricidir.
İndi isə şirkətdə baş verən neqativ hallarla tanış olaq.
İlk öncə ondan başlayaq ki, son illər ölkə rəhbərliyinin göstərişi ilə ölkədən qanunsuz çıxarılan valyuta axınına nəzarət gücləndirilib. Amma Avrora-da nə baş verir ?
Maliyyə Bazarlarına Nəzarət Palatası "Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətində ödənilmiş VALYUTA vəsaitinin müqabilində ölkəyə məhsul gəlmədiyini müəyyən edib. Yəni ölkədən valyuta çıxarılır, amma əvəzində məhsul idxal olunmur. Buna görə, hazırda şirkətlə bağlı məhkəmə çəkişməsi davam edir.
İkinci ən böyük neqativ hal odur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları "Avrora Group” şirkətinin anbarlarında əməliyyat keçirib və axtarışlar nəticəsində dünyaca məşhur brend markaların külli miqdarda aksiz markasız, SAXTA içkiləri aşkarlanıb və faktla bağlı cinayət işi açılıb, hazırda istintaq gedir.
Şirkətlə bağlı digər mühüm fakt.
Vergilər Nazirliyi "Avrora Group” şirkətinin istehsal və satış müəssisələrində yoxlamalar aparıb, böyük məbləğlərdə vergidən yayınma halları aşkar olunub.
Təsəvvür edirsiniz, şirkət ölkəyə 75 adda spirtli içki, 4 adda enerji içkiləri, 6 adda spirtsiz içkilər, 9 adda süd məhsulları idxal edir.
Bunları saxtalaşdırmaq böyük cinayətdir.
Belə böyük şirkətin anbarlarında lüks seqmentinə aid brend markaların saxta məhsullarının aşkarlanması təəccüb doğurur.
Şirkət tez-tez məktəblilərə, orduya dəstək verməsi barədə reklam materialları yerləşdirir.
Cənablar, orduya dəstək verməklə cinayət əməllərindən yayınmaq olmaz.
Siz vergidən yayınırsınızsa, sizin orduya dəstəyinizin mənası olmur. Çünki ordu dövlət büdcəsinə ödənən vergilərin hesabına saxlanılır. Başa düşdünüzmü ?
Şirkət öz imicini qorumaq üçün hətta məhkəmələrə də üz tutur. Çox gözəl.
Avrora şirkəti Cəmil Həsənlinin qızı ilə bağlı məsələyə görə kimlərisə məhkəmə ilə hədələyir.
Yəni Cəmil Həsənlinin qızı ilə bağlı məsələdə adı hallanan şəxsin, yəni Mahir Cavadovun guya Avrora şirkətində işləməsi ilə bağlı xəbər şirkət rəhbərliyini möhkəm narahat edib. Ona görə də məhkəməyə müraciət etmək istəyiblər.
Cənablar ! Həmin şəxsin harada işləməsinin şirkətə dəxli yoxdur.
Sizə dəxli olan əsas məsələ vergidən yayınmaq, saxta məhsullar satmaqdır. Başa düşdünüzmü?
Yalançı patriotluq lazım deyil. Öz üzərinizə düşən işləri yerinə yetirin, vəssəlam.
gundelik baki.com

RƏYLƏR