Tanzaniyada daşqın və sürüşmə fəlakəti baş verub : 47 ÖLÜ, 80 YARALI

OXUNUB: 289 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Şərqi Afrika ölkəsi Tanzaniyada leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Səlahiyyətlilər ölkənin şimalındakı Hananq dağının ətəyində baş verən sel və torpaq sürüşmələri nəticəsində ən azı 47 nəfərin öldüyünü, 80 nəfərin isə yaralandığını açıqlayıb. Bölgədə axtarış-xilasetmə işləri davam edərkən, çoxlu sayda evə ziyan dəydiyi bildirilib. Tanzaniya Meteorologiya İdarəsi yağışların bu ay da davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

7NEWS.az

RƏYLƏR