Tanzaniyada Marburq virusundan 5 nəfər ölüb

OXUNUB: 478 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ötən ilin iyulunda Qanada aşkarlanan və daha sonra epidemiya kimi qeydə alınan Ebolaya bənzər xəstəlik olan Marburq virusu Tanzaniyaya da yayılıb. Tanzaniyanın Səhiyyə Nazirliyi ölkənin şimal-qərbindəki Kagera bölgəsində Marburq virusu səbəbiylə 5 nəfərin öldüyünü açıqlayıb. Tanzaniyanın səhiyyə naziri Ummy Mvalimu epidemiyanın nəzarət altında olduğunu və daha da yayılmadığını bildirib. Mvalimu xəstəxanada 3 nəfərin müalicəsinin davam etdiyini, bu şəxslərlə təmasda olan 161 nəfərin də izlənildiyini bildirib.

7NEWS.az

RƏYLƏR