Tatarıstan prezidenti Rüstəm Minnixanov ötən gecə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 13 nəfərin həlak olması ilə əlaədar matəm elan edib.
İcmal.Az xəbər verir ki, bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.
Xatırladaq ki, iyulun 2-i gecə yerli vaxtla 00.40 Zainsk şəhəri yaxınlığında sərnişin avtobusu ilə yanacaq daşıyan yük maşını toqquşub. Qəza nəticəsində 13 nəfər ölüb, daha 15 nəfər isə xəsarət alıb. Onlardan 12-si artıq evə buraxılıb.
İcmal.Az

























